SOSİAL

Yeni nazir aparat rəhbərini işdən azad etdi

15:28 - 4 Dekabr 2023

 Yeni nazir aparat rəhbərini işdən azad etdi

Müdafiə Sənayesi Nazirliyinin Aparat rəhbəri Zaur Əliyev vəzifəsindən azad edilib.

VAXTMedia-nın "Report"a istinadla xəbərinə görə, bununla bağlı müdafiə sənayesi naziri Vüqar Mustafayev müvafiq əmr imzalayıb.

Həmin vəzifəyə hələlik təyinat olmayıb.

Qeyd edək ki, Z.Əliyev sabiq nazir Mədət Quliyevin 2019-cu ildə imzaladığı əmrlə nazirliyin Aparat rəhbəri vəzifəsinə təyin olunmuşdu.

Xatırladaq ki, Prezident İlham Əliyevin bu il noyabrın 18-də imzaladığı Sərəncamı ilə Vüqar Valeh oğlu Mustafayev müdafiə sənayesi naziri təyin olunub.



Digər xəbərlər

Xəbər xətti