CİNAYƏT

"Qanuni oğrular"ın başçısı Şamil Əmirov Türkiyədə saxlanıldı - VİDEO

11:04 - 3 Dekabr 2023

Rusiyada fəaliyyət göstərən “Qanuni Oğrular” mütəşəkkil cinayət təşkilatının idarəçilərindən olan və mavi bülletenlə axtarılan Şamil Əmirov “Qəfəs-15” əməliyyatı ilə İstanbulun Sarıyer səmtində yaxalanıb.

VAXTMedia xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya sosial media hesabında verdiyi açıqlamada bildirib.

Nazir bildirib ki, beynəlxalq və milli mütəşəkkil cinayətkar qruplara və zəhər tacirlərinə qarşı mübarizə getdikcə daha da artırılacaqdır:

“Onların nəfəsini kəsəcəyik...”, - deyə nazir qeyd edib.



Digər xəbərlər

Xəbər xətti