CİNAYƏT

Gəncədə Vətən müharibəsi iştirakçısı bacısını "Instagram"a görə qətlə yetirdi - TƏFƏRRÜAT - FOTO/VİDEO

10:13 - 27 Noyabr 2023

 Gəncədə Vətən müharibəsi iştirakçısı bacısını

Gəncədə Vətən müharibəsi iştirakçısı bacısını "Instagram"a girdiyinə görə qətlə yetirib.

VAXTMedia xəbər verir ki, hadisə Gəncə şəhər Şahsevənlər küçəsi 106 ünvanında baş verib.

Belə ki, noyabr 27-də saat 01 radələrində Gəncə şəhər sakini 2001-ci il təvəllüdlü Pəri Allahverdi-Zadənin yaşadığı evdə ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Gəncə Şəhər Prokurorluğundan verilən məlumata görə araşdırmalarla qətlə yetirilən şəxsin qardaşı Əli Allahverdi-Zadənin aralarında yaranmış mübahisə zamanı Pəri Allahverdi-Zadəyə bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

APA-nın məlumatına görə, qardaş bacısını "Instagram"dan istifadə etdiyi üçün bıçaqlayıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən mərhumun qardaşı Əli Allahverdizadə peşəkar idmançıdır.

WKF karate növü üzrə bir sıra turnirlərin qalibi olmuş Ə.Allahverdizadə Vətən Müharibəsində də iştirak edib və Şuşa, Füzuli və Qubadlının işğaldan azad edilməsinə görə medalları ilə təltif olunub. O, ordu sıralarında müddətdən artıq hərbi qulluqçu kimi xidmət edirmiş.

22-yasli-perinin-qetline-gore-tutulan-sexs-pesekar-idmancidir

Gəncədə qardaş bacısını "Instagram"a girdiyinə görə qətlə yetirib - YENİLƏNİB-2  TƏFƏRRÜAT  - FOTO

Gəncədə qardaş bacısını "Instagram"a girdiyinə görə qətlə yetirib - YENİLƏNİB-2  TƏFƏRRÜAT  - FOTO



Digər xəbərlər

Xəbər xətti