CİNAYƏT

Zaqatalda qadın küçənin ortasında qətlə yetirildi - Keçmiş ər SAXLANILDI - TƏFƏRRÜAT - FOTO/VİDEO

10:11 - 24 Noyabr 2023

 Zaqatalda qadın küçənin ortasında qətlə yetirildi - Keçmiş ər SAXLANILDI - TƏFƏRRÜAT - FOTO/VİDEO

Zaqatalada 34 yaşlı qadın qətlə yetirilib.

Hadisə təxminən 09:00 radələrində şəhərin Həzi Alsanov küçəsində, Zaqatala Rayon Mərkəzi Xəstəxanasının yaxınlığında qeydə alınıb.

1989-cu il təvəllüdlü Aygün Mikayıl qızı Həşimova kəsilmiş-deşilmiş xəsarətlərdən sonra həyatını itirib. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1991-ci il təvəllüdlü Əli Fərhad oğlu Səfərov saxlanılıb.

Məlumata görə, hadisə qısqanclıq zəminində baş verib. A.Həşimovanın rayondakı kafelərdən birində işləməsi keçmiş ərini narahat edib. Ə.Səfərov bununla bağlı ona dəfələrlə xəbərdarlıq edib. Keçmiş həyat yoldaşının işinə davam etməsi məlum hadisəinin baş verməsi ilə nəticələnib. 

Faktla bağlı araşdırma aparılır.

 



Digər xəbərlər

Xəbər xətti