HADİSƏ

Bərdədə yas yeridə evin döşəməsi çökdü - ÖLƏN VƏ XƏSARƏT ALANLAR VAR - VİDEO

14:23 - 23 Noyabr 2023

 Bərdədə yas yeridə evin döşəməsi çökdü - ÖLƏN VƏ XƏSARƏT ALANLAR VAR - VİDEO

Bərdədə yas mərasimi keçirilən zaman evin döşəməsi çöküb.

VAXTMedia xəbər verir ki, hadisə rayonun Yeni Daşkənd kəndində qeydə alınıb.

Kənd ərazisində ikimərtəbəli fərdi yaşayış evində yas mərasimi keçirilən zaman ikinci mərtəbənin döşəmə hissəsi anidən çöküb.

Bədbəxt hadisə zamanı 27 nəfər xəsarət alıb. Onlar Bərdə Rayon Mərkəzi Xəstəxanasına 27 nəfər yerləşdiriliblər.

Bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. 

Məlumatda qeyd edilib ki, bir nəfərdə xəstəxanayaqədər ölüm halı qeydə alınıb. Müxtəlif növ bədən xəsarətləri və digər şikayətlərlə tibb müəssisəsinin müvafiq şöbələrinə yerləşdirilən şəxslərə zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyəti qənaətbəxş hesab olunan iki nəfər ambulator müalicə üçün evə buraxılıb. Digər şəxslərin müalicələri davam etdirilir. Bir nəfərin vəziyyəti ağır, iki nəfərin vəziyyəti orta ağır, 21 nəfərin vəziyyəti isə stabil qiymətləndirilir.



Digər xəbərlər

Xəbər xətti