SOSİAL

Vətən müharibəsi iştirakçısı olan məktəb direktoru qəfil vəfat etdi - FOTO/VİDEO

10:39 - 23 Noyabr 2023

 Vətən müharibəsi iştirakçısı olan məktəb direktoru qəfil vəfat etdi - FOTO/VİDEO

Saatlı rayon Əhmədbəyli kənd orta məktəbinin direktoru, Vətən müharibəsi iştirakçısı Eldost Azayev qəfil dünyasını dəyişib.

VAXTMedia Trend-ə istinadən xəbər verir ki, 44 yaşlı direktor ötən gecə yaşadığı evdə vəfat edib.

Qeyd edək ki, Eldost Azayev Vətən müharibəsinə könüllü yollanıb və döyüşlərdə leytenant kimi iştirak edib. Ona müharibənin gedişində baş leytenant rütbəsi verilib. E.Azayev Vətən müharibəsindən sonra Qubadlının və Cəbrayılın azad edilməsinə görə medalları ilə təltif edilib.

 

Müharibə iştirakçısı olan məktəb direktoru qəfil vəfat etdi - FOTO

Müharibə iştirakçısı olan məktəb direktoru qəfil vəfat etdi - FOTO



Digər xəbərlər

Xəbər xətti