SOSİAL

Yeni nazir Vüqar Mustafayev kimdir? - DOSYE

10:32 - 18 Noyabr 2023

 Yeni nazir Vüqar Mustafayev kimdir? - DOSYE

Vüqar Valeh oğlu Mustafayev Azərbaycan müdafiə sənayesi nazirinin müavini vəzifəsindən azad edilib. 

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Prezidentin digər sərəncamı ilə Vüqar Mustafayev müdafiə sənayesi naziri təyin olunub. Məlumat üçün bildirək ki,  

O, 1986-cı ildə Bakıda anadan olub, 2004-2008-ci illərdə Prezident yanında Dövlət İdarəçilik Akademiyasında "Mühəndis iqtisadiyyatı və idarəetmə" (Menecment) ixtisası üzrə bakalavr, 2010-2013-cü illərdə isə Xəzər Universitetində "Maliyyə və kredit" ixtisası üzrə magistr təhsili alıb, “Biznesin idarə edilməsi" dərəcəsi əldə edib. Vüqar Mustafayev əmək fəaliyyətinə 2006-2008-ci illərdə müxtəlif şirkətlərdə Təlim Koordinatoru, maliyyə və mühasibatlıq üzrə mütəxəssis işləməklə başlayıb.

O, 2009-cu ildən bir sıra nüfuzlu şirkətlərdə yüksək vəzifələrdə çalışıb. 2023-cü milin martından Prezidentin sərəncamı ilə müdafiə sənayesi nazirinin müavini təyin edilmişdi.



Digər xəbərlər

Xəbər xətti