Mədət Qəzənfər oğlu Quliyev Azərbaycan Respublikasının müdafiə sənayesi naziri vəzifəsindən azad edilib.
VAXTMedia xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
O, Prezidentin digər sərəncamı ilə Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin müavini təyin edilib.
Qeyd edək ki, M.Quliyev 2019-cu il iyunun 20-dən müdafiə sənayesi naziri vəzifəsinə təyin edilmişdi.