HADİSƏ

Türkiyədə yaşayan alimi Bakıda tanınmış həkim avtomobillə vuraraq öldürdü

12:39 - 16 Noyabr 2023

 Türkiyədə yaşayan alimi Bakıda tanınmış həkim avtomobillə vuraraq öldürdü

Türkiyədə yaşayan türkoloq alim, İstanbul Mərmərə Universitetinin müəllimi, professor Arif Acaloğlunu Bakıda avtomobil vuraraq öldürüb.

VAXTMedia Baş Dövlət Yol Polisi İdarəsinə istinadən xəbər verir ki, hadisə noyabrın 15-də saat 23 radələrində Sabunçu rayonu ərazisində baş verib. 

Bakı şəhər sakini Azər Maqsudov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini - 1956-cı il təvəllüdlü Arif Acaloğlunu vurub. Alimi vuran şəxs Azər Maqsudov Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiridir.

Qeyd edilib ki, xəsarətlə xəstəxanaya yerləşdirilən A.Acaloğlu orada dünyasını dəyişib.

Araşdırma aparılır.

Xatırladaq ki, Arif Acaloğlu 1992-1993-cü illərdə Azərbaycan Prezidentinin müşaviri vəzifəsində çalışıb. 1993-cü ilin ortalarında işini tərk edərək Türkiyədə məskunlaşıb. Uzun müddət Bilgi Universitetinin Rus Dili Proqramında, 2008-2019-cu illərdə isə Yeditəpə Universitetinin Antropologiya bölməsində müəllim vəzifəsində çalışıb. O, akademik və siyasi araşdırmalarla yanaşı, bir çox televiziya proqramları, müsahibələr və populyar məqalələr hazırlayıb, 30-dan çox tərcümə kitabı nəşr edilib.



Digər xəbərlər

Xəbər xətti