Rusiya Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qüvvələrinin 6-cı ordusunun keçmiş komandanı, general-leytenant Vladimir Sviridov Stavropol diyarındakı evində ölü tapılıb.
VAXTMedia Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Baza” Teleqram kanalı məlumat yayıb.
Kanalın məlumatına görə, 68 yaşlı Vladimir Sviridov və 72 yaşlı həyat yoldaşı Tatyananın meyitləri noyabrın 15-də Aciyevsk qəsəbəsindəki evlərində aşkarlanıb.
İlkin məlumatlara görə, ər və arvad bir həftə əvvəl ölüblər.
Onların ölüm səbəbləri məlum deyil.