HADİSƏ

Bakıda "moyka"da avtomobilini yuyan şəxs qəfil dünyasını dəyişdi - ANBAAN VİDEO

10:44 - 11 Noyabr 2023

 Bakıda

Bakıda avtoyuma məntəqəsinin qarşısında sürücü qəfil vəfat edib.

VAXTMedia Oxu.Az-a istinadən xəbər verir ki, hadisə dünən günorta saatlarında baş verib.

Şirvan şəhər sakini İmaş Əliyev “Hyundai Accent” markalı avtomobilini yuduzdurduqdan sonra kənara çəkib və maşının arxa qapısını açmaq istəyərkən qəfil yıxılıb. O, hadisə yerində vəfat edib.

İlkin məlumata görə, sürücü ürək çatışmazlığından həyatını itirib.

Hadisənin görüntüləri sosial şəbəkədə yayılıb.



Digər xəbərlər

Xəbər xətti