Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin və DSX-nin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları artırılıb.
VAXTMedia xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərmanlar imzalayıb.
Fərmana əsasən, sözügedən qurumların həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları orta hesabla 20 faiz artırılıb. Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməli, Müdafiə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsin və DSX və Maliyyə Nazirliyi bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidirlər. Fərmanlar 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.