HADİSƏ

Şuşada FACİƏVİ HADİSƏ - 5 nəfər yanaraq həyatını itirdi - Mərhumların FOTOSU

11:55 - 6 Noyabr 2023

 Şuşada FACİƏVİ HADİSƏ - 5 nəfər yanaraq həyatını itirdi - Mərhumların FOTOSU

Şuşa rayonunun Daşaltı kəndində avtomobil aşaraq yanıb, 5 nəfər ölüb.

VAXTMedia xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Bərdə Regional qrupundan məlumat verilib. Bildirilib ki, noyabrın 4-də Elvin Abbasovun idarə etdiyi "Nissan Navara" markalı avtomobil idarəetmənin itməsi nəticəsində yoldan çıxaraq aşıb və avtomobildə yanğın baş verib.

Nəticədə avtomobildə olan sərnişinlər Kamil Qaybalıyev, Rəşad Atakişiyev, Şahbaz İsayev, Eldəniz Həsənov, Hümbət Hümbətov hadisə yerində yanaraq ölüblər. Qəza ilə əlaqədar Şuşa Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb. Qəzaya düşənlər işğaldan azad edilən ərazidə fəaliyyət göstərən yol tikinti şirkətlərindən birinin əməkdaşlarıdır.

İstintaq davam etdirilir.

Qafqazinfo həmin şəxslərin fotosunu əldə edib:

Fotoda sürücü Elvin Abbasov

Fotoda Kamil Qaybalıyev

Fotoda Rəşad Atakişiyev



Digər xəbərlər

Xəbər xətti