QARABAĞ

Tərtərdə mina partladı - 63 yaşlı kişi xəsarət aldı

13:12 - 5 Noyabr 2023

 Tərtərdə mina partladı - 63 yaşlı kişi xəsarət aldı

Noyabrın 5-də saat 12 radələrində Tərtər rayonu Təpəkənd kəndinin minalardan təmizlənməyən ərazisində mina partlayışı baş verməsi ilə bağlı polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin regional qrupundan VAXTMedia-ya bildirilib ki, rayonun Seyidimli kənd sakini 1960-cı il təvəllüdlü Hüseynov Asif Novruz oğlu ayağından xəsarət alıb.

Araşdırma aparılır.

"Bir daha vətəndaşları minalardan təmizlənməyən ərazilərə daxil olmamağa, tələb olunan qaydalara riayət etməyə çağırırıq", - deyə məlumatda qeyd olunub.



Digər xəbərlər

Xəbər xətti