Türkiyənin Cumhuriyyət Xalq Partiyasının qurultayında yeni sədr seçilib.
Səsvermə nəticəsində seçilən Özgür Özel qurultayın ikinci turunda 812 səs toplayaraq rəqibi, partiyanın hazırki sədri Kamal Kılıçdaroğluna qalib gəlib. Keçmiş prezidentliyə namizəd Kamal Kılıçdaroğlu 13 ildən sonra ilk dəfə Ankarada keçirilən səsvermədə lazımi dəstəyi ala bilməyib.
Qeyd edək ki, Müxalifət qüvvələrinin yeni lideri Manisa vilayətindən olan millət vəkili Özgür Özel ixtisasca əczaçıdır və bir müddət bu peşədə çalışıb. 2011-ci ildə CHP-dən deputat kimi ali qanunverici orqana daxil olub. 2015-ci ildə isə onun deputat qrupunun sədri olub.
Xatırladaq ki, CHP 1923-cü ildə Türkiyənin ilk prezidenti Mustafa Kamal Atatürk tərəfindən yaradılıb. Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi hakim Ədalət və İnkişaf Partiyasından sonra ölkədə ikinci güclü siyasi qüvvədir.