MƏDƏNİYYƏT

Maykl Ceksonun 70 milyonluq səhifəsi azərbaycanlı kolleksiyaçını paylaşdı - FOTO

11:09 - 4 Noyabr 2023

 Maykl Ceksonun 70 milyonluq səhifəsi azərbaycanlı kolleksiyaçını paylaşdı - FOTO

ABŞ şou-biznesinin superulduzu Maykl Ceksonun “Facebook”dakı 70 milyonluq səhifəsi mərhum müğənninin azərbaycanlı pərəstişkarı İlqar Quliyevin CD kolleksiyasının fotosunu dərc edib.

Qeyd edək ki, İlqar Quliyev Ceksonun yaradıcılığının böyük pərəstişkarıdır və uşaqlıqdan məşhur müğənninin lisenziyalı disklərini toplayır.

Onun kolleksiyasında superulduzun ümumi diskoqrafiyasının təxminən 15%-i var. 2010-cu ildə İlqar Quliyevə kolleksiya üçün 30 min dollar təklif edilsə də, o, imtina edib.



Digər xəbərlər

Xəbər xətti