HADİSƏ

Tərtərdə heyvanlarını axtramağa çıxan gənc - MİNAYA DÜŞDÜ

10:09 - 3 Noyabr 2023

 Tərtərdə heyvanlarını axtramağa çıxan gənc - MİNAYA DÜŞDÜ

Noyabrın 3-ü saat 1 radələrində Tərtər rayonunun Borsunlu kəndi ərazisində mina partlaması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Tərtər Rayon Prokurorluğu məlumat yayıb.

Bildirilir ki, hadisə nəticəsində 1999-cu il təvəllüdlü Əli Ağalarov sağ ayağın pəncə hissəsinin travmatik amputasiyası xəsarəti alıb. Hazırda vəziyyəti orta ağırdır, müalicəsi xəstəxanada davam etdirilir.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər aparılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, Tərtər rayonu Borsunlu kəndi ərazisində mina partlayışı örüş yerinin yaxınlığında kənd sakininin fərdi təsərrüfatına aid heyvanlarını axtararkən baş verib.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.



Digər xəbərlər

Xəbər xətti