Xəbər verdiyimiz kimi, Gəncə şəhər ərazisindəki yataqxanaların birində bıçaqlanma hadisəsi baş verib.
VAXTMedia xəbər verir ki, Bərdə rayon sakini, 1984-cü il təvəllüdlü Hüseyn Abbasov şəxsi münasibətlər zəminində bacısı, 1989-cu il təvəllüdlü Səbinə Abbasovaya çoxsaylı xəsarətlər yetirib.
Hadisə nəticəsində Səbinə Abbasova xəstəxanaya aparılan zaman dünyasını dəyişib.
İlkin məlumata görə Səbinə Abbasova müğənni kimi fəaliyyət göstərirmiş.
Faktla bağlı Kəlbəcər Rayon Prokurorluğunda araşdırma aparılır