SOSİAL

Doğuş Xoşqədəmlə evli ola-ola başqa qadınla nikah kəsdirdi - İDDİA - VİDEO

10:15 - 2 Noyabr 2023

 Doğuş Xoşqədəmlə evli ola-ola başqa qadınla nikah kəsdirdi - İDDİA - VİDEO

Türkiyəli müğənni Doğuşun azərbaycanlı teleaparıcı Xoşqədəm Hidayətqızı ilə evli olduğu halda başqa qadınla dini nikaha girdiyi iddia edilib.

VAXTMedia xəbər verir ki, həmin iddia Türkiyənin SHOW TV kanalında yayımlanan “Vaz Keçmə” adlı proqramda səsləndirilib.

Proqrama qatılan Esra adlı xanım aparıcının Doğuşla dini nikah kəsdirdiyi fikrini təsdiqləyib:

“Dini nikah kəsdirdiyimiz gün yanımızda Doğuşun meneceri və iki rəfiqəm vardı. Mənim xəbərim yox idi. Nikah kəsən insan gəldikdə bunu anladım. Doğuş öncədən dini nikah kəsdirməklə bağlı təklif etmədi, süpriz oldu. Amma evli idi, mən boşanacağını zənn edirdim”.

Qeyd edək ki, Doğuş və Xoşqədəm 2014-cü ildə ailə həyatı qurub. Onların bu evlilikdən əkiz oğulları var.

Həmin görüntüləri təqdim edirik:



Digər xəbərlər

Xəbər xətti