SOSİAL

UNEC-in tələbəsi qəfil vəfat etdi - Son bir həftədə 3-cü tələbədir

16:48 - 30 Oktyabr 2023

 UNEC-in tələbəsi qəfil vəfat etdi - Son bir həftədə 3-cü tələbədir

UNEC-in tələbəsi qəfil dünyasını dəyişib.

VAXTMedia xəbər verir ki, bu barədə “Azərbaycan Universitetləri” səhifəsi məlumat yayıb.

Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin idarə edilməsi ixtisası üzrə təhsil alan IV kurs tələbəsi Elmin Rzayev ürəktutmadan vəfat edib.

Qeyd edək ki, E.Rzayev son 1 həftədə qəfil vəfat edən sayca üçüncü tələbədir.

Xatırladaq ki, oktyabrın 23-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi Sahil Abbaslı vəfat edib.

Məlumata görə, tarix müəllimliyi ixtisasında təhsil alan tələbənin ölümünə infarkt səbəb olub.

Bundan əvvəl isə oktyabrın 16-da AzTU-nun 1-ci kurs tələbəsi, 2005-ci il təvəllüdlü Bəxtiyar Paşayev də universitetə gedərkən ürəktutmadan vəfat edib. 



Digər xəbərlər

Xəbər xətti