İDMAN

Federasiya prezidenti futbolçu qızı dodağından öpdü - Futboldan uzaqlaşdırıldı - VİDEO

15:51 - 30 Oktyabr 2023

 Federasiya prezidenti futbolçu qızı dodağından öpdü - Futboldan uzaqlaşdırıldı - VİDEO

İspaniya Kral Futbol Federasiyasının (RSFF) prezidenti Luis Rubiales üç il müddətinə milli və beynəlxalq səviyyədə futbolla bağlı bütün fəaliyyətlərdən uzaqlaşdırılıb.

Bu barədə FIFA-nın İntizam Komitəsi qərar qəbul edib.

Funksioner ali qurumun İntizam Məcəlləsinin 13-cü maddəsini pozduğu üçün cəzalandırılıb.

Luis Rubiales avqustun 20-də qadınlar arasında dünya çempionatının finalı zamanı baş vermiş hadisəyə görə ilkin olaraq 90 gün diskvalifikasiya edilmişdi.

Qeyd edək ki, İspaniya yığması DÇ-2023-ün finalında İngiltərəni 1:0 hesabı ilə məğlub edərək dünya çempionu olub. Luis Rubiales mükafatlandırma mərasimində İspaniya millisinin üzvü Cennifer Ermosonu öpüb.

 



Digər xəbərlər

Xəbər xətti