HADİSƏ

Kürdəmirdə ağır qəza - 3 nəfər öldü, 2 nəfər yaralandı

09:24 - 29 Oktyabr 2023

 Kürdəmirdə ağır qəza - 3 nəfər öldü, 2 nəfər yaralandı

Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, oktyabrın 28-də saat 22 radələrində Ağsu-Kürdəmir-İmişli yolunun 33-cü kilometirliyində, Kürdəmir rayonunun Atakişili kəndi ərazisində Əmrahov Fariz Valeh oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobillə Kərimov Sənan Vüqar oğlunun idarə etdiyi “VAZ-2106” markalı avtomobil toqquşub. 

Hadisə nəticəsində "Mercedes"in sürücüsü F.Əmrahov və "VAZ-2106" markalı nəqliyyat vasitəsində olan sərnişinlər İsmayıl Hamlet Həbib oğlu və Cəbrayılov Zamiq Vaqif oğlu vəfat ediblər. 

"VAZ-2106" sürücüsü S.Kərimov, eləcə də "Mercedes" markalı nəqliyyat vasitəsində olan sərnişin Ariz Əmrahov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırmalar aparılır.



Digər xəbərlər

Xəbər xətti