Sumqayıtda evə silahlı basqın olub, ölən və yaralananlar var.
VAXTMedia xəbər verir ki, hadisə 16 mikrorayonda yerləşən Corat bağları yaşayış massivində, fərdi yaşayış evində baş verib.
Hücum nəticəsində Dağbəyi Fərəcov və onun qızı Suzana Karakaş öldürülüb.
Bundan başqa, Tərlan Fərəcov və Türkiyə vətəndaşı Serkan Karakaş yaralanıb. İlkin məlumata görə yaralılar reanimasiyadadır. Serkanın vəziyyəti ağırdır.
Ailənin qızları Yağmur Karakaş və Cansu Karakaş hücum zamanı zərər çəkməyiblər.