Azərbaycanda magistral yolda gənclərin çəkdiyi video müzakirələr səbəb olub.
VAXTMedia xəbər verir ki, yayılan kadrlarda iki gənc yol hərəkəti qaydalarını kobud şəkildə pozublar.
Onlardan biri ayağını pedaldan çəkərək yerinə idman ayaqqabısı qoyub və maşını bu formada idarə edib. Digəri isə əylənərək maşnı sürən gəncin həmin anlarını lentə alıb.
Sosial şəbəkələrdə yayılan görüntülər xeyli qınağa səbəb olub.
Onların digər yol iştirakçılarının həyatına təhlükə törətməsi etirazla qarşılanıb.