Bakıda dönərdən zəhərlənən şagirdlərin sayı 24-ə çatıb.
VAXTMedia-ya TƏBİB-dən bildirilib ki, qurumun tabeliyində fəaliyyət göstərən Sabunçu Tibb Mərkəzinin nəzdindəki 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına ümumilikdə 24 müraciət daxil olub:
"Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. 8 uşaq ambulator müalicə üçün evə buraxılıb. Hazırda 16 nəfərin müalicəsi davam etdirilir. Vəziyyətləri stabildir". Xatırladaq ki, oktyabrın 24-də Bakının Binə qəsəbəsində yerləşən 88, 117, 121 və 149 nömrəli tam orta məktəblərin şagirdləri dönərdən zəhərlənib. Əvvəlcə 20 şagird xəstəxanaya müraciət edib, sonra isə daha 3 şagird xəstəxanaya yerləşdirilmişdi.