HADİSƏ

Tərtərdə traktorçu tank əleyhinə minaya düşdü - Qolu amputasiya olundu

10:13 - 26 Oktyabr 2023

 Tərtərdə traktorçu tank əleyhinə minaya düşdü - Qolu amputasiya olundu

Oktyabrın 26-da səhər saatlarında Tərtər rayonu Talış kəndi ərazisində əkin təsərrüfatında çalışan traktorçu 1970-ci il təvəllüdlü Nurəliyev Elçin Xanbaba oğlu minaya düşüb.

VAXTMedia-ya ANAMA-dan verilən məlumata görə hadisə Tərtər rayonunun işğaldan azad olmuş hissəsində minalardan təmizlənməyən ərazidə baş verib.

"Məlumata əsasən tank əleyhinə mina partlayışı nəticəsində traktorla əkin işləri aparan traktorçu 1970-ci il təvəllüdlü Cəlilabad rayon sakini Nurəliyev Elçin Xanbala oğlu xəsarət alıb. Xəsarət alan şəxsin sağ qolu amputasiya edilib.

ANAMA bir daha vətəndaşları təhlükəli ərazilərə daxil olmamağa, məsuliyyətli davranmağa, tələb olunan qaydalara riayət etməyə çağırır!", - deyə məlumatda qeyd olunub



Digər xəbərlər

Xəbər xətti