SOSİAL

Bakıda məktəblilər dönərdən ZƏHƏRLƏNDİ - 21 nəfər xəstəxanalıq oldu

10:27 - 25 Oktyabr 2023

 Bakıda məktəblilər dönərdən ZƏHƏRLƏNDİ - 21 nəfər xəstəxanalıq oldu

Bakıda məktəblilər qidadan zəhərlənib.

VAXTMedia xəbər verir ki, oktyabrın 24-də müxtəlif vaxtlarda Binə qəsəbəsində uşaqların zəhərlənməsi səbəbilə TƏBİB-in tabeliyindəki Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə qəsəbədəki 88, 117, 121 və 149 nömrəli tam orta məktəblərdən, eləcə də müxtəlif yaşayış ünvanlarından çağırışlar daxil olub.

TƏBİB-dən verilən xəbərə görə, Sabunçu Tibb Mərkəzinin nəzdindəki 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında ümumilikdə 21 uşaq hospitalizasiya olunub. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. 1 uşaq ailəsinin iltizamnaməsi ilə ambulator müalicə üçün artıq evə buraxılıb.

Hazırda hər birinin vəziyyəti stabildir.

Xatırladaq ki, bir qrup şagird dərsə gələrkən və məktəbdən evə gedərkən Binə qəsəbəsi ərazisində fəaliyyət göstərən iaşə xidməti məkanlarından birindən dönər alıb yeyiblər.



Digər xəbərlər

Xəbər xətti