Ağdaşda 17 yaşlı oğlan anasını bıçaqlayıb.
VAXTMedia xəbər verir ki, 2006-cı il təvəllüdlü K. H ailə münaqişəsi zəminində anası, 1981-ci il təvəllüdlü Sevil Heybətovanı bıçaqlayıb.
Daha sonra 17 yaşlı oğlan bıçaqladığı anasını xəstəxanaya çatdırıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan şəxs saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Qafqazinfo-nun əldə etdiyi məlumata görə, hadisə dövlət qurumlarından birinin şöbə rəisi vəzifəsində işləyən və yüksək rütbə daşıyan N.H-nin ailəsində baş verib. Hadisəni törədən oğlan vəzifəli şəxsin oğlu, bıçaqlanan qadın isə onun həyat yoldaşıdır.