QARABAĞ

Xankəndidəki separatçı Ruben Vardanyan DSX tərəfindən SAXLANILDI - Bakıya gətirilib - FOTO

14:45 - 27 Sentyabr 2023

 Xankəndidəki separatçı Ruben Vardanyan DSX tərəfindən SAXLANILDI - Bakıya gətirilib - FOTO

Sentyabrın 27-də “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının sayıqlığı nəticəsində ölkə ərazisinə qeyri-qanuni gələrək qondarma “Dağlıq Qarabağ Respublikasının Dövlət naziri” vəzifəsində çalışmış 1968-ci il təvəllüdlü Ruben Karleni Vardanyan Azərbaycan Respublikasından Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb.

VAXTMedia xəbər verir ki, bu barədə DSX Mətbuat Mərkəzi məlumat yayıb.

"Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələri əməkdaşlarının müşayiəti ilə Bakı şəhərinə gətirilib. Saxlanılan şəxs barəsində müvafiq qərar qəbul edilməsi üçün aidiyyəti dövlət orqanlarına təhvil verilib", məlumatda deyilir.



Digər xəbərlər

Xəbər xətti