SOSİAL

DYP və BNA cərimələrinə 40% endirim edilir? - RƏSMİ AÇIQLAMA - FOTO

12:25 - 25 Sentyabr 2023

 DYP və BNA cərimələrinə 40% endirim edilir? - RƏSMİ AÇIQLAMA - FOTO

Son zamanlar vətəndaşlara cərimə borcları ilə bağlı endirim kampaniyaları vədi verən saxta səhifələrin reklamı sosial şəbəkələrdə geniş yayılıb.

Onlardan biri də “asancerime.com” səhifəsidir.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, bu cür səhifələrin dövlətimizlə və rəsmi qurumlarla heç bir əlaqəsi yoxdur. Vətəndaşlara belə səhifələrə etibar etməmək, şəxsi və bank kartları məlumatlarını bu cür səhifələrlə paylaşmamaq tövsiyə edilib.

 



Digər xəbərlər

Xəbər xətti