SOSİAL

Qənirə Paşayevanın son vəziyyəti açıqlandı

10:41 - 25 Sentyabr 2023

 Qənirə Paşayevanın son vəziyyəti açıqlandı

Ötən gün komaya düşən Milli Məclisin deputatı Qənirə Paşayevanın vəziyyəti stabil-ağırdır.

VAXTMedia-nın məlumatına görə, bunu onun yaxınları bildirib.

Qeyd olunub ki, deputatın səhhətində heç bir dəyişiklik yoxdur və stabil-ağır olaraq qalır, müalicəsi davam edir.

Xatırladaq ki, sentyabrın 23-ü saat 03:01 radələrində TƏBİB-in tabeliyindəki Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Q.Paşayeva üçün çağırış daxil olub. Ona naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulub. Müayinə zamanı göstəriciləri - arterial təzyiq 50/0 mm. c. süt, nəbz 1 dəqiqə 47 vurğu, SPO2 (saturasiya) 82% olub. İlkin müdaxilələrdən sonra göstəriciləri arterial təzyiq 110/60 mm. c.süt., nəbz 1 dəqiqədə 68 vurğu, SPO2 (saturasiya) 97% olub.

Həkimlər Q.Paşayevanın xəstəxana şəraitində müalicəsini məsləhət görüb. Deputat ailə üzvlərinin istəyi ilə təcili tibbi yardım briqadası tərəfindən Mərkəzi Klinik Xəstəxanaya təxliyə olunub.

O, süni tənəffüs aparatına qoşulub.



Digər xəbərlər

Xəbər xətti