Millət vəkili Qənirə Paşayeva komaya düşüb.
VAXTMedia xəbər verir ki, o, dünən gecədən komaya düşüb və Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.
Hazırda orada müalicəsi davam etdirilir.
Deputatın dərmandan komaya düşdüyü bildirilir.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva hazırda Mərkəzi Klinikada həkimlərin nəzarəti altındadır.
Bunu “Report”a açıqlamasında deputatın köməkçisi Elbəy Bədirov deyib.
O bildirib ki, hazırda həkimlər tərəfindən lazımı tədbirlər görülür.