QARABAĞ

Separatçılar Xankəndinin erməni sakinlərinin girov götürdülər - TƏCİLİ

12:35 - 23 Sentyabr 2023

 Separatçılar Xankəndinin erməni sakinlərinin girov götürdülər - TƏCİLİ

Xankəndini tərk etmək istəyən erməniəsilli sakinlərin böyük bir qrupu qanunsuz rejimin tör-töküntüləri tərəfindən girov götürülüb.

VAXTMedia xəbər verir ki, bu barədə “Caliber” “Telegram” kanalı məlumat yayıb.

Bildirilir ki, Xankəndidə erməniəsilli sakinlər şəhəri tərk edərək Ermənistana getmək istəyirlər. Qonşu ölkədə qohum və tanışları olan insanların oraya gedib suların durulmasını gözləmək istəyi başadüşüləndir. Daxil olan müraciətlər əsasında Azərbaycanın müvafiq qurumları bu məqsədlə lazımi təhlükəsizlik dəhlizi də təşkil ediblər.

Ancaq Xankəndidə qalan qanunsuz rejimin tör-töküntülərinin idarə etdiyi erməni silahlı birləşmələri şəhəri tərk etmək istəyən sakinləri girov götürüblər və onlardan canlı sipər kimi istifadə etmək niyyətindədirlər.



Digər xəbərlər

Xəbər xətti