HADİSƏ

Laçında ağır yol nəqliyyatı hadisəsi - "Azərenerji"nin 2 əməkdaşı öldü

10:25 - 19 Sentyabr 2023

 Laçında ağır yol nəqliyyatı hadisəsi -

Sentyabrın 19-da saat 09 radələrində Laçın rayonu Mollalar kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in mətbuat xidmətinin regional qrupundan VAXTMedia-ya bildirilib ki, “Ural” markalı avtomobilin qəzaya uğraması nəticəsində "Azərenerji"nin əməkdaşları Məmmədov Məhəmməd Mübariz oğlu və Məmmədov Gülağa Gülməmməd oğlu həyatlarını itiriblər.

Faktla bağlı araşdırma aparılır.



Digər xəbərlər

Xəbər xətti