MÜHARİBƏ

Ermənilər Gədəbəydəki yaşayış məntəqələrini ATƏŞƏ TUTDU

09:22 - 16 Sentyabr 2023

 Ermənilər Gədəbəydəki yaşayış məntəqələrini ATƏŞƏ TUTDU

Sentyabrın 15-i saat 23:55-dən sentyabrın 16-sı 00:35-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonunun Cil və Basarkeçər rayonunun Dərə yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Əyrivəng və Qalakənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan bir neçə dəfə atəşə tutub.

Bu barədə VAXTMedia-nın Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə cavab tədbirləri görülüb.



Digər xəbərlər

Xəbər xətti