HƏRB

Azərbaycanın qadın hərbçisi mayor Rüstəmova BMT tərəfindən təltif edildi - FOTO

09:23 - 15 Sentyabr 2023

 Azərbaycanın qadın hərbçisi mayor Rüstəmova BMT tərəfindən təltif edildi - FOTO

Azərbaycanlı qadın hərbçi Lətifə Rüstəmova BMT-nin sülhməramlı missiyasındakı nümunəvi xidmətinə görə dünya təşkilatı tərəfindən təltif olunub.

VAXTMedia “Report”a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın BMT yanında daimi nümayəndəliyi sosial şəbəkədə bildirib.

“Cənubi Sudanda BMT missiyasında göstərdiyi nümunəvi hərbi xidmətə görə həm BMT medalı, həm də tərifnamə ilə təltif edilmiş ilk qadın sülhməramlı mayor Lətifə Rüstəmova ilə biz ikiqat fəxr edirik”, - daimi nümayəndəlik qeyd edib.



Digər xəbərlər

Xəbər xətti