CİNAYƏT

Zabratda ər özündən 14 yaş kiçik arvadını boğaraq öldürdü

17:50 - 14 Sentyabr 2023

 Zabratda ər özündən 14 yaş kiçik arvadını boğaraq öldürdü

Bakıda ər arvadını boğaraq öldürüb. 

Bu barədə VAXTMedia-ya Sabunçu Rayon Prokurorluğundan məlumat verilib.

Belə ki, sentyabrın 14-də 1974-cü il təvəllüdlü Validə Zülfüqarovanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1960-cı il təvəllüdlü Şahniyar Məmmədovun Sabunçu rayonu, Zabrat qəsəbəsində birgə yaşadıqları evdə aralarında yaranmış mübahisə zamanı arvadı Validə Zülfüqarovanı öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, könüllü istintaqa təslim olan Şahniyar Məmmədov şübhəli şəxs qismində tutulub.

İlkin məlumata görə, cinayət hadisəsi qısqanclıq zəminində baş verib.

Hazırda ibtidai istintaq davam edir.



Digər xəbərlər

Xəbər xətti