MÜHARİBƏ

Ermənilər Gədəbəydə yaşayış məntəqəsini ATƏŞƏ TUTDU

14:43 - 14 Sentyabr 2023

 Ermənilər Gədəbəydə yaşayış məntəqəsini ATƏŞƏ TUTDU

Sentyabrın 14-ü saat 13:45 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Dərə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Daryurd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Bu barədə VAXTMedia-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.



Digər xəbərlər

Xəbər xətti