DÜNYA

280 nəfərin olduğu kömür mədəni çökdü - Ölən və yaralananlar var - VİDEO

17:53 - 13 Sentyabr 2023

 280 nəfərin olduğu kömür mədəni çökdü - Ölən və yaralananlar var - VİDEO

Türkiyənin Zonquldak bölgəsinin Ereyli rayonunda Türkiyə Daş kömürü Qurumuna (TTK) məxsus mədəndə naməlum səbəbdən çökmə baş verib.

Baş vermiş hadisə barədə məlumat verildikdən sonra hadisə yerinə polis, tibb, Milli Tibbi Xilasetmə Qrupu (UMKE), Fəlakət və Fövqəladə Hallar (AFAD) və Türkiyənin Daş kömürü Qurumu (TTK) xilasetmə qrupları sövq ediliblər.

“İçəridə 280 nəfər olub, 1 nəfər ölüb, 6 nəfər isə yaralanıb. Bir nəfər sağ-salamat xilas edilib. Bir nəfər ağır yaralanıb. İki nəfərin canlı olaraq səsini eşidə bilirik. 75 nəfərlik qrupla xilasetmə işlərinə başlanılıb”, - deyə hadisə ilə bağlı açıqlama verən Zonquldak valisi Osman Hacıbektaşoğlu bildirib.



Digər xəbərlər

Xəbər xətti