CİNAYƏT

Qobuda ər hamilə arvadını BIÇAQLADI

12:42 - 13 Sentyabr 2023

 Qobuda ər hamilə arvadını BIÇAQLADI

Abşeron rayonunun Qobu qəsəbəsində 19 yaşlı hamilə qadın bıçaqlanıb.

VAXTMedia APA-ya istinadən xəbər verir ki, Əliağa Vahid küçəsində A.Nərimanova yaşadığı evdə həyat yoldaşı Alim Nərimanov tərəfindən bıçaqlanıb. Yaralı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

A.Nərimanovanın anası bildirib ki, hadisə qısqanclıq zəminində baş verib. O, qızının 2 aylıq hamilə olduğunu deyib.

Faktla bağlı araşdırma aparılır.



Digər xəbərlər

Xəbər xətti