HADİSƏ

Bakıda ağır QƏZA - Sürüşən avtomobil dirəyə çırpılaraq ikiyə qatlandı - VİDEO

12:27 - 13 Sentyabr 2023

 Bakıda ağır QƏZA - Sürüşən avtomobil dirəyə çırpılaraq ikiyə qatlandı - VİDEO

Bu gün səhər saatlarında Bakı şəhər Səbail rayonu Bayıl qəsəbəsində ağır yol qəzası baş verib.

VAXTMedia “Qafqazinfo”ya istinadən xəbər verir ki, Mikayıl Useynov küçəsində “Mercedes E Class” markalı avtomobil idarəetmədən çıxaraq işıqlandırma dirəyinə çırpılıb.

Yağışla hava şəraitində qəzaya uğrayan avtomobil zərbənin təsirindən ikiyə qatlanıb və tamamilə yararsız hala düşüb.

Bildirilir ki, qəzaya sürət həddinin düzgün tənzimlənməməsi və yolun sürüşkən olması səbəb olub.

Hadisə yerindən görüntüləri təqdim edirik.



Digər xəbərlər

Xəbər xətti