SOSİAL

"Tiktok"da ordumuzla bağlı yalan məlumat yazan şəxs HƏBS EDİLDİ - FOTOSU

15:43 - 12 Sentyabr 2023

Azərbaycan Ordusu və hərbçiləri ilə bağlı yalan məlumatlar paylaşan şəxslərlə bağlı tədbir görülüb. 

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, “TikTok” platformasında feyk profillər vasitəsilə döyüş əməliyyatları və itkilər olması ilə bağlı yalan məlumatlar paylaşan şəxs - 1998-ci il təvəllüdlü Pərviz Vüqar oğlu İbrahimlinin barəsində Abşeron rayon məhkəməsinin qərarı ilə 15 sutka inzibati həbs tənbeh tədbiri tətbiq edilib.



Digər xəbərlər

Xəbər xətti