HADİSƏ

Hacıqabulda DƏHŞƏTLİ HADİSƏ - Bir əmioğlu intihar etdi, digərini maşın vurdu

15:38 - 7 Sentyabr 2023

 Hacıqabulda DƏHŞƏTLİ HADİSƏ - Bir əmioğlu intihar etdi, digərini maşın vurdu

Hacıqabulda iki əmioğlu eyni gündə ölüb, biri intihar edib, digərini isə maşın vurub.

VAXTMedia-nın APA-nın Mil-Muğan bürosuna istinadən məlumatına görə, bu gün səhər saatlarında Hacıqabul rayon sakini, 2000-ci il təvəllüdlü Şərəfxan Mehti oğlu Ələkbərov özünü Ağacanlı kəndinin ərazisində yerləşən Xilə meşəsində ağacdan asaraq intihar edib.

Digər hadisə isə səhər saatlarında Bakı-Qazax magistralının Hacıqabul şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Naməlum avtomobil Hacıqabul sakini, 2001-ci il təvəllüdlü Röyal Abuzər oğlu Ələkbərovu vuraraq öldürüb.

Hər iki faktla bağlı araşdırma aparılır.



Digər xəbərlər

Xəbər xətti