SOSİAL

Vilayət Eyvazov bu generalı vəzifəsindən azad etdi

11:33 - 6 Sentyabr 2023

 Vilayət Eyvazov bu generalı vəzifəsindən azad etdi

Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Ali Hərbi Məktəbinin rəisi general-mayor İlqar Məmmədov vəzifədən azad edilib.

VAXTMedia-nın  “Qafqazinfo”ya istinadən əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

İ.Məmmədovun yerinə hələlik təyinat yoxdur.

Qeyd edək ki, Prezidentin sərəncamı ilə 2014-cü ildə general-mayor rütbəsi verilən İ.Məmmədov elə həmin ildən Daxili Qoşunların Ali Hərbi Məktəbinin rəisi vəzifəsini tuturdu.



Digər xəbərlər

Xəbər xətti