MÜHARİBƏ

Ermənilər mövqelərimizə yaxılaşmaq istədi, qarşısı alındı - Naxçıvan ATƏŞƏ TUTULDU

13:16 - 4 Sentyabr 2023

 Ermənilər mövqelərimizə yaxılaşmaq istədi, qarşısı alındı - Naxçıvan ATƏŞƏ TUTULDU

Sentyabrın 4-ü saat 11:20-də Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Havuş yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri Ermənistan silahlı qüvvələrinin üzbəüz istiqamətdə yerləşən bölmələri tərəfindən atıcı silahlardan atəşə tutulub.

VAXTMedia xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. 

Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

Bundan başqa Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində fəaliyyət göstərən qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocavənd rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər.

Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan qazıntı işləri dərhal dayandırılıb.



Digər xəbərlər

Xəbər xətti