HADİSƏ

Həbsdən çıxmış şəxs özünü bulvarda dənizə atdı: "İmkansızam"

11:57 - 2 Sentyabr 2023

 Həbsdən çıxmış şəxs özünü bulvarda dənizə atdı:

Bakıda keçmiş məhkum Dənizkənarı Milli Parkda özünü dənizə atıb.

VAXTMedia APA-ya istinadən xəbər verir ki, əvvəllər məhkum olunmuş, 1972-ci il təvəllüdlü Əhməd Tahir oğlu Əhmədov Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Milli Parkda yerləşən Saat qülləsinin qarşısından özünü dənizə ataraq intihara cəhd etmək istəyib.

Lakin ərazidə xidmət aparan Səbail Rayon Polis İdarəsinin polis nəfərləri tərəfindən dənizdən çıxarılıb.

Ə.Əhmədov hərəkətini maddi imkansızlığı ilə izah edib.

Faktla bağlı araşdırma aparılır.



Digər xəbərlər

Xəbər xətti