QARABAĞ

Mövqelərimiz minaatanlardan ATƏŞƏ TUTULDU

11:49 - 2 Sentyabr 2023

 Mövqelərimiz minaatanlardan ATƏŞƏ TUTULDU

Sentyabrın 2-si saat 11:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini 60 və 82 millimetrlik minaatanlardan atəşə tutub.

VAXTMedia xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.



Digər xəbərlər

Xəbər xətti