Sentyabrın 1-də səhər saatlarında Siyəzəndə baş verən avtomobil qəzasında yaralananların kimliyi məlum olub.
“Report”un Şimal bürosunun məlumatına görə, onlar Əmirova Mələkzadə, Əmirov Elvin, Əmirova Siyafət, Əmirli Günel, Abbasov İslam, Əmirli Emil (azyaşlı) Nəzərov Əlövsətdir.
Qeyd edək ki, hadisə Bakı-Quba yolunun Siyəzən şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
Ölənlər Siyəzən rayonunun Böyük Həmyə kənd sakinləri 37 yaşlı Samit Əmirov və onun üç yaşlı övladı Elnur Əmirlidir.
Avtomobillərdən birində olan ailə övladına məktəb paltarları almaq üçün Bakı şəhərinə gedirmiş.
Faktla bağlı araşdırma aparılır.