SOSİAL

Bağçalara növbəyə yazılma müvəqqəti DAYANDIRILIR - Valideynlər DİQQƏT!

10:32 - 1 Sentyabr 2023

 Bağçalara növbəyə yazılma müvəqqəti DAYANDIRILIR - Valideynlər DİQQƏT!

Bu gündən məktəbəqədər təhsil müəssisələrinə (uşaq bağçası) növbəyə yazılma prosesi müvəqqəti olaraq dayandırılır.

Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Səbəb 1-15 sentyabrda qrupların komplektləşdirilməsi ilə bağlıdır. Komplektləşmə prosesi bitdikdən sonra uşaqların məktəbəqədər təhsil müəssisələrində boş yerlərə qəbulu ilboyu davam edəcək.

Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesi bq.edu.az elektron sistemi üzərindən həyata keçirilir.



Digər xəbərlər

Xəbər xətti