QARABAĞ

Ermənilər mövqelərimizi ATƏŞƏ TUTDU

20:38 - 31 Avqust 2023

 Ermənilər mövqelərimizi ATƏŞƏ TUTDU

Avqustun 31-i saat 19:30 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə VAXTMedia-ya Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

"Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb", - məlumatda qeyd edilib.



Digər xəbərlər

Xəbər xətti